Misli Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Ev sahibi komandanın heyətində Breno Almeyda 44-cü dəqiqədə, qonaqların heyətində isə Aleksa Yankoviç 77-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra "Neftçi" 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Turan Tovuz" isə 15 xalla dördüncü yerdədir.
Misli Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Kəpəz" səfərdə "Şəfa" ilə qarşılaşıb.
Görüş "Kəpəz"in 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində 74-cü dəqiqədə Şakir Seyidov penaltidən, 80-ci dəqiqədə isə Blessinq Olabiran fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 55-ci dəqiqədə Maudo Jarjue vurub.
Xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində hələlik beşinci pillədə qərarlaşıb. Üç xalı olan "Şəfa" isə 11-ci yerdədir.
Misli Premyer Liqasının IX turunun növbəti oyunları bu gün keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Şəfa" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 16:30-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. "Palms Sports Arena"da baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.
Misli Premyer Liqası
IX tur
24 oktyabr
16:30. "Şəfa" - "Kəpəz";
19:00. "Neftçi" - "Turan Tovuz".
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.