Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalının açılışı olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda iştirak edərək pavilyonlarla tanış olublar.
Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim olunur.
Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, eləcə də bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir.
Festival Dövlət Turizm Agentliyinin və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, "Absheron Olive Gardens" və "Olivea" zeytun məhsulları brendlərinin sponsorluğu ilə keçirilir.
Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində gün ərzində müxtəlif əyləncə proqramları və estrada ulduzlarının konsertləri də təşkil olunur.