Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə heç-heçə edib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə qapılara bir qol vurulub - 1:1.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb, "Səbail" 22 xalla onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.
Bu gün Misli Premyer Liqasının XXXIII turunun ikinci oyun günündə daha iki görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Şamaxı" klubu "Səbail"lə, "Araz-Naxçıvan" isə "Sabah"la üz-üzə gələcək.
Turun dünən baş tutan açılış oyununda "Zirə" "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalı təmin edib.
Qeyd edək ki, XXXIII tura mayın 4-də keçiriləcək "Qarabağ" - "Sumqayıt", "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.
3 may
Misli Premyer Liqası
XXXIII tur
Saat 17:00, "Şamaxı" - "Səbail";
Saat 19:30, "Araz-Naxçıvan" - "Sabah".