Misli Premyer Liqasında XIII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, günün ikinci oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb - 2:1.
"Qırmızı-qaralar"ın heyətində 15-ci dəqiqədə Prins Ovusu, 59-cu dəqiqədə Adriel Ba Lua fərqləniblər. Qonaqların heyətində 39-cu dəqiqədə Bəxtiyar Həsənalızadə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran "Qəbələ" 10-cu pilləyə yüksəlib. Naxçıvan klubu 20 xalla 6-cıdır.
Günün ilk matçında "Sumqayıt" səfərdə "Şamaxı"nı üstələyib - 2:1.
Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.
Misli Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. "Şamaxı"da 70-ci dəqiqədə Karim Rossi fərqlənib. Qonaqların heyətində 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə Aleksandr Ramalinqom adını tabloya yazdırıb.
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Qəbələ"nin qonağı olacaq.
Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.
Misli Premyer Liqasında XIII tura bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.
"Şamaxı" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 14 xalla 9-cu, qonaqlar 20 xalla 5-ci pillədə qərarlaşıb.
Turun son matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun saat 16:30-da baş tutacaq. Naxçıvan klubu 20 xalla 6-cı, "qırmızı-qaralar" 5 xalla 11-ci sıradadır.
Misli Premyer Liqası
II dövrə, XIII tur
30 noyabr
14:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu
16:30. "Qəbələ" - "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.