Bu gün Misli Premyer Liqasında XX turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Turan Tovuz"la üz-üzə gələcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək.
Turun son qarşılaşmasında "Qəbələ" doğma meydanda "Sabah"ı qəbul edəcək. Bu qarşılaşma 17:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XX tur
16 fevral
14:30, "Şamaxı" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı şəhər stadionu.
17:00, "Qəbələ" - "Sabah"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu.