Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəldi
"Qarabağ" Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış oyununda "Səbail" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu sırada qalıb.
Bu gün Misli Premyer Liqasının XXV turunun qar səbəbindən təxirə salınmış oyunlarına iki görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, "Səbail" "Şamaxı"nı saat 17:00-da, "Sumqayıt" isə "Qarabağ"ı saat 19:30-da qonaq edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Zirə"ni, "Sabah" "Araz-Naxçıvan"ı, "Kəpəz" isə "Neftçi"ni qəbul edəcək.
3 mart
Misli Premyer Liqası
XXV tur
Saat 17:00, "Səbail" - "Şamaxı";
Saat 19:30, "Sumqayıt" - "Qarabağ".