Misli Premyer Liqasında VI turun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Günün digər oyununda "Sabah" "İmişli" ilə üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 19:45-də start götürəcək.
Misli Premyer Liqası
VI tur
19 sentyabr
17:30. "Turan Tovuz" - "Zirə";
19:45. "Sabah" - "İmişli".
Qaynar xətt:
(055) 224 12 12