Misli Premyer Liqasının XV turunda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.
Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.
Misli Premyer Liqasının XV turunda daha bir görüş baş tutub.
Oxu.Az bildirir ki, "Kəpəz" "Qəbələ" ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu rəqib qapısından 54-cü dəqiqədə yaponiyalı futbolçu Ryonosuke Ohori keçirib.
Bu nəticədən sonra xallarının sayını 9-a yüksəldən "Kəpəz" turnir cədvəlinin 10-cu pilləsində yer alıb. "Qəbələ" isə 8 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" isə "Turan Tovuz"u (3:1) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" "Qəbələ"ni qəbul edəcək.
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Qarabağ" klubu öz meydanında "Araz-Naxçıvan" komandası ilə üz-üzə gələcək.
"Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XV tur
14 dekabr
14:00. "Kəpəz" - "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu
17:30. "Qarabağ" - "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
"Azersun Arena"