Misli Premyer Liqasında XXIX tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu oyunda "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.
20-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə İqor Ribeyro fərqlənib. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Araz-Naxçıvan" üçüncü pillədə qərarlaşıb. Yeddinci sıradakı "Sumqayıt"ın 29 xalı var.
Misli Premyer Liqasının XXIX turunda "Neftçi" - "Şamaxı"nın qonağı olub.
Oxu.Az xəbər verir ki, görüşdə hesab 42-ci dəqiqədə açılıb. Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib - 1:0. Fasilədən sonra daha bir qol vurulub. Filip Ozobiç 89-cu dəqiqədə vurduğu qolla görüşdə son nöqtəni qoyub -2:0.
Qeyd edək ki, XXIX tura bu gün keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında XXIX tura iki qarşılaşma ilə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Şamaxı" "Neftçi"ni, "Araz-Naxçıvan" isə "Sumqayıt"ı qonaq edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Zirə"ni, "Kəpəz" isə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" - "Turan Tovuz" matçında isə komandalar qolsuz heç-heçəyə razılaşıblar - 0:0.
7 aprel
Misli Premyer Liqası
XXIX tur
Saat 15:30, "Şamaxı" - "Neftçi",
Saat 18:00, "Araz-Naxçıvan" - "Sumqayıt".