Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keçmiş "kurort naziri" vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, Konfederasiyanın sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bir müddət əvvəl, Ə.Ağasiyevin rəhbərlik etdiyi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti "Turizm və Ekskursiyalar" Şurası ilə birləşdirilib. Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ə.Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb. "Kurort" QSC-nin balansına "Abşeron" mədə-bağırsaq, "Bilgəh" kardioloji, "Qaranquş" uroloji, "Günəşli" nevroloji, "Şıx", "Naftalan", "Pirşağı", "Xəzər", "Şəki" İstirahət Mərkəzi, "Hacıkənd" İstirahət Evi, "Avtonəqliyyat" müəssisəsi, "Azərbkurorttikintitəmir" Birliyi, "Azərkurortlayihə", Azərbminsugeokaptaj" respublika ekspedisiyası, "Kurort" Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və "Miras" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə Ə.Ağasiyev mətbuatda "kurort naziri" adlandırılırdı.
Əbil Ağasiyev 1958-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə "Neftçilər" xəstəxanasında kiçik tibb qardaşı kimi başlayıb. 1981-1982-ci illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-intern, ali məktəbi bitirdikdən sonra "Naftalan" Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən "Qaranquş" sanatoriyasının şöbə müdiri, 1987-ci ildən isə baş həkimi vəzifələrində çalışıb. 2007-2024-cü illərdə "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Əməkdar həkim, tibb elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasiyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci il fevralın 5-də keçirilən V qurultayında AHİK sədrinin (Səttar Möhbalıyev) müavini vəzifəsinə seçilib. O, konfederasiyanın 2024-cü ildə istefaya göndərilən sədri Səttar Möhbalıyevin ən yaxın kadrlarından olub.
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)" teqi üzrə xəbərlər
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə BP arasında Memorandum imzalanıb
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" tədbiri təşkil edib
- Nazir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni mərkəzində
- "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib