Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.
Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Naxçıvan Nazirlər Kabinetinə bir milyon manat ayırdı
- Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür edib
- Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Macarıstana səfəri barədə videoçarx paylaşıb
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
- Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Ən çox oxunanlar