"Sumqayıt" Misli Premyer Liqasının VII turunda "Qəbələ"yə qalib gəlib.
Oxu.Az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan görüşdə meydan sahibləri rəqibini 4:1 hesabı ilə məğlub ediblər.
"Sumqayıt"dan Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskes (29) və Lukas Blek (67), qonaqlardan isə Şahin Şahniyarov (25) fərqləniblər.
Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 5 xalla 8-ci, "Qəbələ" 4 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ilk matçında "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1.
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.
Misli Premyer Liqasının VII turunda "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı 53-cü dəqiqədə Şuaybunun qolu ilə qonaqlar açıblar. 68-ci dəqiqədə Mutsinzi hesabı bərabərləşdirib.
"Zirə" hazırda turnir cədvəlində 11 xalla 5-ci pillədə yer alıb. 10 xala malik "Şamaxı" isə 7-cidir.
Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq.
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.
Misli Premyer Liqasında VII turun oyunları sabah davam edəcək.
Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Zirə" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Günün digər matçında isə "Sumqayıt" "Qəbələ" ilə qarşılaşacaq. "SOCAR Polymer Arena"da baş tutacaq oyun saat 19:30-da start götürəcək.
Misli Premyer Liqası
VII tur
10 oktyabr
17:00. "Zirə" - "Şamaxı";
19:30. "Sumqayıt" - "Qəbələ".