Azərbaycan Premyer Liqasında XXV tura "Şamaxı" - "Araz-Naxçıvan" oyunu ilə start verilib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.
Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 39-a yüksəldərək beşinci pillədə qərarlaşıb. Səkkizinci sırada olan "Şamaxı"nın isə 30 xalı var.
Qeyd edək ki, turun digər oyunları martın 19-21-də keçiriləcək.
Bu gün Misli Premyer Liqasında XXV tura bir oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Şamaxı" - "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
Qeyd edək ki, "Şamaxı" 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 36 xalla beşincidir.
Misli Premyer Liqası
XXV tur
18 mart
15:00. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu.