Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
MOK-un 30 illiyi ərəfəsində yeni olimpiya himni ictimaiyyətə təqdim olunacaq - VİDEO
Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış olimpiya himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
İlk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib.
6 ay davam edən layihədə himn Əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib. Olimpiya stadionunda tanınmış idmançıların və azarkeşlərin iştirakı ilə həyata keçirilən klip çəkilişlərinə artıq yekun vurulub. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan olimpiya himninin klipində ən mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsilə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib.
Olimpiya himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur.
Olimpiya himninin yeni üslubda hazırlanan musiqisi və klipi 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim ediləcək.
"Zamiq Hüseynov" teqi üzrə xəbərlər
- Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
- Zamiq Hüseynov yataqxana günlərindən danışdı: "O zamanlara çox şey borcluyam"
- Zamiq Hüseynov ödəniş edib aldığı mahnını Xalq artistinin ifasında eşidib: “Zəng gəldi ki...” - VİDEO
- Müğənni Zamiq Hüseynov: “70 yaşında gedib toy oxuyur”
- Zamiq Hüseynov: “Füzuliyə qayıdıb, orada da yaşayacağam” - FOTO
Rəylər