Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

MOK-un vitse-prezidenti: "Paris olimpiadaya tam hazır deyil"
"Düşünürəm ki, Paris olimpiadaya tam hazır deyil".
Bunu "Report" un Fransaya ezam olunan əməkdaşına açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
MOK rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ev sahibi şəhərin yarışa tam hazır olmadığını bildirib:
"Hələ cüdo yarışları başlamamışdan qabaq müəyyən natamamlıqlar var idi. Bundan başqa nəqliyyat problemi diqqətdən qaçmır. İnanıram ki, bir müddət sonra ev sahibləri öz səhvlərini anlayacaqlar və problemləri aradan qaldıracaqlar. Adətən başlanğıcda müəyyən səhvlər olur. Lakin Parisdə bu problemlər daha qabarıq şəkildə büruzə verir. Ümid edirik ki, neqativ hadisələr yaşanmaz və yarışlar uğurla başa çatar"
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb