“Monako”nun rəhbərliyi Venesuela doğumlu portuqaliyalı Lionardu Jardimi komandanın baş məşqçisi vəzifəsindən azad edib.
Bu barədə klubun rəsmi saytında məlumat verilib.
“Monako”nun yeni baş məşqçisi Robert Moreno təyin edilib. Klub 42 yaşlı Moreno ilə 2022-ci ilə qədər müqavilə bağlayıb.
Qeyd edək ki, Lionardu Jardim “Monako” komandası ilə yanvarın sonundan əməkdaşlıq edirdi. Bu, onun kluba baş məşqçi postuna ikinci gəlişi idi.