Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Monteneqro millisinin baş məşqçisi Bakıda Tailanda qarşı keçirdikləri matçı dəyərləndirib
Monteneqro minifutbol millisinin baş məşqçisi Deyan Raspopoviç Bakıda təşkil olunan dünya çempionatının E qrupunda Tailanda qarşı keçirdikləri matçı dəyərləndirib.
Oxu.Az xəbər verir ki, mütəxəssis "Report"a açıqlamasında ilk oyunda çoxlu səhvlərə yol verdiklərini söyləyib.
O buna baxmayaraq, qrupun favoriti olduqlarını düşünür:
"Çox səhvlər etdik, pis oynayırıq. Düşündüm ki, hər bir oyunçu oynaya bilər. Amma bu matçı artıq unutmuşuq. Pley-off mərhələsinə keçmək üçün digər komandalarla oynayacağıq. Məncə, qrupun favoriti bizik. Hər birimiz eyni düşünməyimizə baxmayaraq, meydanda hər şey fərqlidir. Tailand çox yaxşı oynayır. Biz pis oynadığımız üçün heç-heçə etdik və buna layiqik".
Baş məşqçi təşkilatçılığı yüksək qiymətləndirib:
"Dünya çempionatı həqiqətən əla təşkil olunub. Bu, iştirak etdiyim ikinci çempionatdır. Burada hər şey əladır. Azərbaycana iki gün əvvəl gəlmişik. Ümid edirəm ki, yaxın bir neçə gün ərzində Bakını gəzə biləcəyik".
Qeyd edək ki Monteneqro - Tailand görüşü 1:1 hesabı ilə başa çatıb.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində