Misli Premyer Liqasının XXX turu çərçivəsində baş tutan "Turan Tovuz"la qarşılaşmada zədələnərək meydanı tərk edən "Qarabağ"ın hücumçusu Musa Qurbanlının səhhəti ilə bağlı son vəziyyət məlum olub.
Bu barədə Oxu.Az-a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, gənc forvard sözügedən matçda diz nahiyəsindən xəsarət alıb:
"Futbolçumuz 2-3 həftə ərzində dizindəki zədəyə görə müalicə prosesi keçəcək. Yalnız bu mərhələ tamamlandıqdan sonra onun yenidən məşqlərə qatılması mümkün olacaq".
Xatırladaq ki, gərgin keçən matçda "Qarabağ" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.