"Neftçi"nin yeni transferi, kamerunlu hücumçu Vensan Abubakar artıq Bakıya çatıb.
Oxu.Az xəbər verir ki, 33 yaşlı futbolçunu gətirən təyyarə indilərdə hava limanına enib.
Ulduz hücumçunun yaxın saatlarda tibbi müayinədən keçəcəyi və ardından "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Abubakar karyerası ərzində "Portu", "Beşiktaş" və "Ən-Nəsr" kimi klublarda çıxış edib. O, həmçinin Kamerun millisinin aparıcı üzvü kimi tanınır. Abubakar son olaraq Türkiyənin "Hatayspor" klubunda çıxış edib.
"Neftçi" klubu yeni transferini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı hücumçu Vensan Abubakarla müqavilə imzalanıb.
Klubun futbolçu ilə bağlı sosial şəbəkədə paylaşdığı videonu təqdim edirik:
"Neftçi" klubu yeni transferi ilə bağlı anons verib.
Oxu.Az xəbər verir ki, "Neftçi" klubunun sosial media hesabında "Gəlir" ifadəsi ilə paylaşım edilib.
Paylaşımda Kamerun bayrağının rənglərindən istifadə olunması diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri bu paylaşımı "Beşiktaş" sabiq hücumçusu Vensan Abubakarın transferi ilə əlaqələndiriblər.

Qeyd edək ki, mediada "Neftçi"nin uzun müddətdir Abubakarla danışıqlar apardığı barədə məlumatlar paylaşılırdı.
Xatırladaq ki, karyerasında "Portu", "Beşiktaş" və "Ən-Nəsr" kimi klublarda çıxış etmiş Abubakar son olaraq Türkiyənin "Hatayspor" klubunda çıxış edib.
Murad Nəsimi