Almaniya Bundesliqasının 7-ci turunun mərkəzi görüşündə "Bavariya" "Borussiya Dortmund"u qəbul edib.
Oxu.Az-ın məlumatına görə, bu matçda 2:1 hesabı ilə qələbəni münhenlilər qazanıblar.
22-ci dəqiqədə Harri Keyn münhenliləri hesabda irəli çıxarıb. 79-cu dəqiqədə Maykl Olise ev sahiblərinin üstünlüyünü artırıb. Yulian Brandt 84-cü dəqiqədə toplardan birinin əvəzini çıxıb.
Bu oyundan sonra "Bavariya" 21 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir, Dortmund "Borussiya"sı isə 14 xalla dördüncü yerdədir.