"Misir və Qəzza zolağı sərhədində yerləşən "Rəfah" keçid məntəqəsi növbəti bildirişə qədər bağlı qalacaq, onun açılması məsələsi Fələstinin HƏMAS hərəkatı tərəfindən qətlə yetirilmiş girovların cəsədlərinin qaytarılması ilə bağlı razılaşmanın şərtləri yerinə yetirildikdən sonra nəzərdən keçiriləcək".
Oxu.Az-ın məlumatına görə, belə bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Xatırladaq ki, daha əvvəl Fələstinin Qahirədəki səfirliyi Misir və Qəzza zolağı sərhədində yerləşən "Rəfah" keçid məntəqəsinin oktyabrın 20-də öz fəaliyyətini bərpa edəcəyini bildirimişdi.
Qəzza zolağı ilə Misirin sərhədində yerləşən "Rəfah" sərhəd-keçid məntəqəsi oktyabrın 20-də açılacaq.
Oxu.Az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Qahirədəki səfirliyindən bildirilib.
Məlumata görə, "Rəfah" sərhəd-keçid məntəqəsinə Qəzza tərəfdən Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik qüvvələri və Avropa İttifaqının missiyası nəzarət edəcək.