İsrail Qəzza zolağı və Misir sərhədindəki "Rəfah" sərhəd keçid məntəqəsini açmağa və humanitar yardımın razılaşmaya uyğun olaraq davam etməsinə dair qərar verib.
Oxu.Az-ın İsrailin "Kan" dövlət telekanalına istinadən verdiyi məlumata görə, İsrail hakimiyyətinin bu qərarına HƏMAS-ın Qəzza zolağında həlak olmuş daha dörd İsrail əsirinin cəsədini ötən gecə, eləcə də digər həlak olanların cəsədlərinin bu gün təhvil verilməsi təsir edib.
Qeyd olunur ki, bununla yanaşı İsrail hökuməti 15 oktyabrdan HƏMAS-a qarşı tətbiq etməyi planlaşdırdığı sanksiyaları ləğv etməyi qərara alıb.