Dünya futbolunun əfsanəsi Lionel Messi Argentina millisində son oyununu keçirib.
Oxu.Az xəbər verir ki, 39 yaşlı hücumçu vida matçı üçün Buenos-Ayresdə "Monumental Antonio Vespucio Liberti" stadionunda Benin yığmasına qarşı meydana çıxıb.
Benin yığmasını meydana kapitan kimi "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda çıxarıb. Almeyda matçdan əvvəl Messiyə komandası adından hədiyyə də təqdim edib.
Qeyd edək ki, Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi millidəki son matçında bir qol, iki assist edib. Bununla da L.Messi milli karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb.
