İsmayıllıda gənc oğlanı küçədə bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Emin Maarifli İsmayıllı şəhəri ərazisində tutulub.
Araşdırmalarla məlum olub ki, hadisə vaxtı hər iki şəxs sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü İmam Bağırov rayonun mərkəzi küçələrindən birində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və əməliyyat edilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma başlanılıb. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.