"Neftçi" xorvatiyalı futbolçu ilə müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, xorvatiyalı Viçko Şevel "Neftçi"nin yeni üzvü olub.
25 yaşlı dayaq yarımmüdafiəçisi ilə üçillik müqavilə imzalanıb. O, "Neftçi"də 88 nömrəli formanı geyinəcək.
Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynaya bilən Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Onun son klubu "Dandi Yunayted" olub. Futbolçu ötən mövsüm komandanın heyətində ümumilikdə 40 matçda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Viçko Şevel 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk üç turunun hamısında, Şotlandiya Liqa Kubokunda isə beş oyunun hamısında forma geyinib.
"Neftçi"nin Şotlandiyanın "Dandi Yunayted" klubunda çıxış edən Vitsko Şeveli transfer etmək üzrə olduğu iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Courier" məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı xorvat futbolçu "Dandi Yunayted"in "Kilmarnok"la şənbə günü keçirilən görüşündə iştirak etməyib. Şevel transferi ilə bağlı razılıq əldə olunduqdan sonra tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə etmək üçün Azərbaycana yollanıb.
Tərəflər arasında transfer məbləği ilə bağlı razılığın əldə edildiyi qeyd olunur.
Vitsko Şevel dayaq yarımmüdafiəçisi olsa da, müdafiənin bir neçə mövqeyində oynaya bilən universal futbolçudur. O, 2024-cü ildən "Dandi Yunayted"in formasını geyinir.
