Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Qarabağ”-“Neftçi” matçı üçün komandaların start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner da Silva, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Donald Qerye, Riçard Almeyda, Simeon Slavçev, Abdullah Zubir, Mahir Mədətov, İnnosent Emeqara və Bədavi Hüseynov yer alıblar.
“Neftçi” komandasının ilk onbirliyində isə meydana Səlahət Ağayev, Mamadu Mboc, Anton Krivatsyuk, Emin Mahmudov (k), Baqali Dabo, Vanqelis Plattelas, Tural Axundov, Mirabdulla Abbasov, Kirilo Petrov, Ömər Buludov və Soni Mustivar çıxacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək.