ABŞ-də keçirilən klublararası dünya çempionatının onuncu gününə yekun vurulub.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, son tur "Çelsi"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Belə ki, "zadəganlar" Tunisin "Esperans" klubunun qapısından üç cavabsız qol keçiriblər.
Bu nəticədən sonra "Çelsi" 6 xalla D qrupunu ikinci pillədə başa vuraraq turnirin pley-off mərhələsinə yüksəlib.
ABŞ-də keçirilən klublararası dünya çempionatında C qrupunun üçüncü turunun oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) və "Oklend Siti" (Yeni Zelandiya) - "Boka Xuniors" (Argentina) matçları keçirilib.
"Benfika" - ""Bavariya" oyunu portuqaliyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu Andreas Şelderup vurub.
"Oklend Siti" - "Boka Xuniors" matçı isə 1:1 hesabı ilə başa çatıb. Natan Qarrou avtoqola imza ataraq, Argentina təmsilçisini hesabda önə çıxarıb. Kristian Qrey isə yekun nəticəni müəyyən edib.
Üç turdan sonra "Benfika" 7 xalla qrup lideri, "Bavariya" isə 6 xalla qrup ikincisi kimi 1/8 final mərhələsinə keçiblər.