Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Olavio Juninyonun "Flamenqo"dakı gələcəyi sual altındadır
"Flamenqo"nun ilin əvvəlində 5 milyon avroya "Qarabağ"dan transfer etdiyi Juninyo Olavionun komandada işi çətinləşib.
Oxu.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası klubu yeni mərkəz hücumçusu ilə güclənməyə hazırlaşır.
Juninyonun performansı məşqçilər korpusunun ürəyincə olmadığından, rəhbərlik "Əl-Əhli"də çıxış edən Roberto Firmino ilə danışıqlara başlayıb. Firmino özü də yaşının çoxluğu ilə əlaqədar Səudiyyə Ərəbistanından ayrılmaq və karyerasının son illərini vətəni Braziliyada keçirmək arzusundadır.
Qeyd edək ki, Roberto Firminonun "Əl-Əhli" ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
"Olavio Juninyo" teqi üzrə xəbərlər
- Klublarımızdan avrokubok gözləntiləri
- "Arsenal"ın ulduzu Olavio Juninyonun komanda yoldaşı oldu
- Azərbaycan çempionatları tarixində 10-cu dəfə "Qarabağ"ın futbolçusu bombardir oldu
- Olavio Juninyonun komanda yoldaşı "Mançester Siti"də
- Juninyo meydana daxil olduqdan bir dəqiqə sonra komandasının qələbə qolunu vurub