Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Olimpiya mükafatçımız testdən imtina etdiyi üçün cəzalandırıldı
Rio Olimpiadasında Azərbaycana medal qazandırmış kayakçısı İnna Osipenko-Radomskaya test verməkdən imtina etdiyi üçün dörd illik cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, 36 yaşlı idmançı bu ilin mayında test verməkdən imtina etdiyindən heç bir yarışa buraxılmayıb.
Bu barədə Beynəlxalq Kanoe Federasiyasının britaniyalı baş katibi Simon Tulson açıqlama verib:
“Dörd illik qadağa bizim bütün atletlərimizə açıq ismarıc göndərir ki, onlardan qaydalara uyğun hərəkət etmək gözlənilir. Əgər atletlər qadağadan canını qurtaracağına, dərman testindən imtina edəcəyinə və ya ondan yayınacağına inanırsa, onlar bu haqda yenidən düşünməlidir. Biz hər şeyi edəcəyik ki, onlar qanunun bütün tələbləri ilə üzləşsinlər.
BKF bizim idman növündən narkotika yalanlarını aradan qaldırmaqda qərarlıdır. Biz yüzlərlə təmiz idmançıya, azarkeşlərimizə və minlərlə könüllüyə borcluyuq. Bu insanlar planetdə kanoenin ən həyəcanverici idman növlərindən birinə çevrilməsinə kömək etmək üçün vaxtlarını həsr ediblər”.
Osipenko-Radomskayanın 21 gün ərzində İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən İdman Arbitraj Məhkəməsinə şikayət etmək hüququ var.
Qeyd edək ki, ukraynalı olan İnna Osipenko-Radomskaya 2014-cü ildən Azərbaycanı təmsil edir. O, 2016-cı il Olimpiya Oyunlarında 200 metr məsafəyə yarışlarda ölkəmizə bürünc medal qazandırıb. O, bundan əvvəl Ukrayna adından 500 metr məsafəyə yarışlarda Olimpiya və dünya çempionatının qızıl medalını əldə edib.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Prezident İlham Əliyev Liviya liderini təbrik edib
Rəylər