Ukraynalı gimnastlar iyulun 13-də Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa çempionatında pulsuz iştirak edəcəklər.
Oxu.Az Aze.Az-a istinadən xəbər verir ki, bu, turnirin təşkilat komitəsinin bütün xərcləri öz üzərinə götürdüyü ilk belə haldır.
Qeyd edək ki, iştirakçı ölkələr arasında Azərbaycan və Ukraynadan başqa, ABŞ, Fransa, İsrail, Almaniya, Belarus, Estoniya, Macarıstan, Portuqaliya və başqaları var.
Ukraynanın İdman Nazirliyindən qeyd ediblər ki, beləliklə qurum 600 min qrivnaya (təxminən 60 min manat) qənaət edə bilib.