Luqansk xalq respublikasının yeni mədəniyyət naziri İrina Filatovadır.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, İrina Filatovanın “Vkontakte”də öz səhifəsi var. Amma bu şəkillərdə separatçıların yeni naziri öz statusuna uyğun görkəmdə deyil.
Məmur xanım çimərlik geyimində, bəzən isə hətta onsuz belə siqaret və şampan şərabı ilə Donbas mənzərələrinin fonunda şəkil çəkdirib.
“Bütün eləməli olduğum şeylər Vergi Məcəlləsində, eləməli olmadıqlarım isə Cinayət Məcəlləsində yazılıb. Qalanlar isə sizin fikirlərinizdir” - İrina Filatova yazır.
Qeyd edək ki, mayın 11-də Ukraynanın şərq vilayətlərinin bəzisi öz müstəqilliklərini elan edərək, qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikasının” yaradıldığını elan ediblər. Rəsmi Kiyev, o cümlədən dünya ictimaiyyəti bu qanunsuz qurumları tanımır.
İrina Filatovanın şəkillərini təqdim edirik: