Bu gün Azərbaycanda stolüstü tennis üzrə ölkə çempionatının açılış mərasimi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, dövlət himni səsləndirildikdən sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova çıxış edib.
O, pandemiya başlayandan sonra ilk Azərbaycan çempionatının keçirildiyini bildirib. Daha sonra o, federasiyanın yeni vitse-prezidenti Elmar İslam yarış iştirakçılarına təqdim olunub. O da iştirakçılara uğur arzuladıqdan sonra yarışa start verilib.
Qeyd edək ki, çempionatda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qüvvələrini sınayır. Dörd gün davam edəcək çempionatda Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qax, Balakən, Gəncə, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan stolüstü tennisçilər də mübarizə aparır.
Səbuhi Musa
FOTO: Rəşad Mehdiyev