Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paralimpiya Oyunları: Azərbaycan taekvondoda medal qazana bilmədi - YENİLƏNİB
Azərbaycan Paralimpiya Oyunlarının taekvondo yarışında medal qazana bilməyib.
Oxu.Az-ın xəbərinə görə, bu idman növündə sonuncu təmsilçimiz Əbülfəz Abuzərli ikinci təsəlliverici yarışda Ceonq Hun Cooya (Cənubi Koreya) 32:46 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, Röyalə Fətəliyeva, İmaməddin Xəlilov və Əbülfəz Abuzərlidən ibarət komandamız ilk dəfə Paralimpiya yarışlarına salınan taekvondoda medalsız qalıb.
Xatırladaq ki, dünya və Avropa çempionu Aynur Məmmədova Bakıda koronavirusa yoluxduğundan, son anda yarışa qatıla bilməyib.
09:20
Azərbaycan taekvondoçusu Əbülfəz Abuzərli ilk təsəlliverici görüşdə qalib gəlib.
Oxu.Az-ın xəbərinə görə, o, ukraynalı rəqibi Anton Şvetsə 60:36 hesabı ilə qalib gəlməklə bürünc medal üçün növbəti təsəlliverici yarışa vəsiqə qazanıb.
Əbülfəz Bakı vaxtı ilə saat 14:15-də növbəti görüşünə çıxacaq.
08:05
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın taekvondo millisinin kapitanı Əbülfəz Abuzərli mübarizəyə qoşulub.
Oxu.Az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Allin Kinu Qanapinlə (Filippin) qarşılaşmalı olsa da, rəqibi koronavirusa yoluxduğundan, qalib elan edilib.
30 yaşlı idmançımız 1/4 finalda Xuan Dieqo Qarsiya Lopesə (Meksika) 5:38 hesabı ilə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışda Anton Şvetslə (Ukrayna) qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.
Səbuhi Musayev
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən şəxsə də impiçment elan olunacaq
- Cənubi Koreya müxalifəti müvəqqəti prezidentin impiçmentini təxirə salıb
- Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var
- Cənubi Koreya prezidentinin tərəfdarları və əleyhdarları Seulda etiraz aksiyası keçirdilər
- Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
Rəylər