Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paris-2024: Azərbaycan idmançısının iştirak edəcəyi yarış təxirə salınıb
Fransa paytaxtında keçiriləcək Paris-2024 Olimpiya Oyunlarında triatlon yarışı təxirə salınıb.
Buna səbəb kimi Sena çayında suyun keyfiyyətsiz olması göstərilib.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Triatlon İttifaqının (World Triathlon) Mətbuat Xidmətindən məlumat verilib.
"Son günlər hava məlumatlarını nəzərə alaraq, kişilər arasında triatlon yarışının iyulun 31-də saat 10:45-ə təyin edilməsi qərara alınıb. Həmin gün saat 8:00-da qadınlar arasında triatlon yarışının baş tutması planlaşdırılır", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, təxirə salınan yarışda Azərbaycan təmsilçisi, triatlonçumuz Rostislav Pevtsov da kişilərin fərdi yarışında mübarizə aparmalı idi.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb