Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paris-2024: Azərbaycan olimpiadalar tarixinin ən yaxşı göstəricisinə imza atıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.
Oxu.Az xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bir bölüşüb.
Yığmamızın qərarlaşdığı 30-cu yer, olimpiadalar tarixində ən yaxşı nəticə kimi tarixə düşüb. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012-nin Yay Olimpiya Oyunlarındakı nəticələrini üstələyib.
Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
"Hidayət Heydərov" teqi üzrə xəbərlər
- Hidayət Heydərov və cüdo millisinin baş məşqçisi Riçard Trautman Monteneqroda mükafatlandırılıblar
- Hidayət Heydərov millinin heyətindən çıxarıldı
- Riçard Trautman: "Cüdo elə bir idman növüdür ki, əvvəlcədən proqnoz vermək mümkün deyil"
- Olimpiya çempionlarımız dünya reytinqində liderdirlər
- Hidayət Heydərov ən reytinqli cüdoçuların siyahısında ikinci pilləyə yüksəlib