Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə idmançımızın ailəsinin qələbə sevincinin görüntüləri yayılıb.
Belə ki, paraatletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında üç qızıl, bir gümüş və bir bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kiloqram) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxası üstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kiloqram) bürünc medala sahib çıxıb.
Rəylər