Braziliyalı əfsanəvi futbolçu Pelеnin 1958-ci il dünya çempionatının final qarşılaşmasında geyindiyi oyun forması hərracda 4.88 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Həmin oyunda Pele dubl edərək Braziliya millisinin tarixində ilk dəfə dünya çempionu olmasına böyük töhfə verib.
Finalda Braziliya yığması turnirə ev sahibliyi edən İsveç komandasına 5:2 hesabı ilə qalib gəlib. Bununla da Pele karyerasında ilk dünya çempionluğu titulunu qazanıb.

Qaynar xətt:
(055) 224 12 12