Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun reqlamentini dəyişdirə bilər
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunda reqlamenti dəyişdirmək qərarı barədə düşünməyə başlayıb.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası ilə yanaşı, həm də kubokun keçirilməsinə cavabdeh olan qurum turnirdə ikili matçların sayını azaltmaq qərarına gəlib. Belə ki, 2025/26 mövsümündən etibarən ölkə kubokunda yarımfinala kimi olan görüşlərdə qalib bir oyuna əsasən müəyyənləşəcək.
Kubokda yarımfinala kimi olan bütün oyunlarda ev sahibi komanda isə püşk yolu ilə seçiləcək. Yalnız yarımfinal matçları ev-səfər prinsipi ilə oynanılacaq.
Qurum bununla bağlı müzakirələrini davam etdirir və mövsümün əvvəlində bu məsələ konkretləşdiriləcək.