Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

PFL "Mingəçevir" klubunun tələbini geri çevirib
Qış fasiləsində Füzuli Məmmədovu "sükan arxasına" dəvət edən "Mingəçevir" klubunu heyətini komplektləşdirməyə çalışır.
Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, hazırda 7-8 futbolçu "nur şəhəri"nin təmsilçisinin düşərgəsində baxışdadır.
Baş məşqçinin etimadını doğruldanlarla yaxın günlərdə müqavilə imzalanacaq.
Bu yerdə onu da qeyd edək ki, "Mingəçevir" rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək 12-ci tur çərçivəsində keçiriləcək "Cəbrayıl"la görüşün təxirə salınmasını istəyib. Səbəb kimi isə komandanın yenidən qurulması və hazırlığı gec başlaması göstərilib. Ancaq ölkə çempionatının təşkilinə cavabdehlik daşıyan qurumdan qarşı tərəfə göstərilən səbəbin oyunun təxirə salınması üçün yetərli olmadığı bildirilib.
Qeyd edək ki, 11 turdan sonra aktivində 6 xal olan "Mingəçevir" qış fasiləsinə sonuncu, 10-cü pillədə yollanıb.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş
- Cəbrayıl və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı Ombudsman bəyanat yayıb
- Aprel döyüşləri iştirakçısı: "Ordumuzun əks-hücumu düşməni çətin duruma saldı"
- "Kapital Bank"ın dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatı başa çatdı
- Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür