Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hakan Fidan Azərbaycana səfər edəcək
Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Azərbaycana səfər edəcək.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Hakan Fidanın Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü planlaşdırılır.
Görüşlər zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə mövzusu olacaq.
Hakan Fidanın, həmçinin həmkarı Ceyhun Bayramov ilə Azərbaycan-Ermənistan sülh prosesi başda olmaqla, Suriya, Qəzza və Ukraynadakı vəziyyət, o cümlədən yaxın regionda baş verən hadisələr və qlobal problemlər ətrafında da fikir mübadiləsi aparacaqları gözlənilir.
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Hakan Fidan ilə görüşüb
- Hakan Fidan: "Ukraynadakı münaqişənin təcili nizamlanmasına ehtiyac var"
- Lavrov hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama verib
- Türkiyə XİN Rusiya ilə Ukrayna arasında sülh prosesinin dərhal başlanılmasına çağırıb
- Türkiyədən Moskva və Kiyevə TƏKLİF