Futbol üzrə Polşa millisinin baş məşqçi Mixal Probej istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
"Belə qənaətə gəldim ki, indiki vəziyyətdə millinin xeyrinə ən doğru qərar mənim məşqçi postundan getməyim olar. Bu funksiyanı yerinə yetirmək mənim peşəkar arzularımın həyata keçməsi və həyatımda ən böyük şərəf oldu", - deyə istefasına münasibət bildirən M.Probej deyib.
Xatırladaq ki, ötən gün "Barselona"nın hücumçusu Robert Levandovski Mixal Probejin rəhbərliyi altında Polşa milli komandasında oynamaqdan imtina edib. Buna komandanın lideri olan Levandovskidən kapitanlıq sarğısının alınması səbəb olub. Təcrübəli forvard baş məşqçi dəyişdirilənədək millidə oynamamaq qərarına gəldiyini açıqlayıb.
Qeyd edək ki, Mixal Probej 2023-cü ilin sentyabrında bu posta təyin olunmuşdu.