Portuqaliyanın ikinci divizionu (Sequnda) matçında kuryoz hadisə baş verib.
“Canal 11”in “Twitter” səhifəsində hadisənin görüntüləri yayılıb.
Sequndanın 22-ci turu çərçivəsində keçirilən “Varzim” – “Marfa” qarşılaşmasında ev sahibi komandanın qolkiperinin öz cərimə meydançasından oyuna daxil etdiyi top qola çevrilib.
Beləliklə də, matçın 53-cü dəqiqəsində qeydə alınan qolun müəllifi qapıçı Rikardu Nuneş komandasının qələbəsində pay sahibi olub. Oyun “Varzim”in 2:0 hesablı qalibiyyətilə başa çatıb.
Aproveita porque não vês disto todos os dias! 🤯 Ricardo Nunes marcou de 𝗕𝗔𝗟𝗜𝗭𝗔 𝗔 𝗕𝗔𝗟𝗜𝗭𝗔 pelo Varzim!#Canal11 #FutebolEmPortuguês pic.twitter.com/95mPGophFL
— Canal 11 (@Canal_11Oficial) March 20, 2021