Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Premyer Liqa: "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan "Neftçi" - "Sabah" görüşündə qalib müəyyənləşməyib.
Oxu.Az xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüş heç-heçə yekunlaşıb - 1:1.
78-ci dəqiqədə "Neftçi"nin müdafiəçisi Azər Salahlı avtoqol müəllifi olub. Cəmi 1 dəqiqə sonra isə Andrey Ştoqrin komandasının bərabərlik qolunu vurub.
Bu nəticədən sonra Samir Abasovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlində yeddinci yerə yüksəlib. "Sabah" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" "Sumqayıt"ı 2:0, "Kəpəz" isə "Turan Tovuz"u 5:2 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqasının XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.
Azər Bağırovun rəhbərlik etdiyi kollektivdən Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.
Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasının 19-cu turuna bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, əvvəlcə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq.
Tovuz şəhər stadionunda keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda hazırda turnir cədvəlində 32 xalla 4-cü pillədə yer alıb. Sonuncu - 10-cu yerdə olan Gəncə klubunun 11 xalı var.
Turun son matçı "Neftçi Arena"da baş tutacaq. "Neftçi" evdə "Sabah"ı qəbul edəcək. Start fiti saat 18:30-da səsləndiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. "Sabah" 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 17 xala malik "Neftçi" isə səkkizincidir.
Misli Premyer Liqası
19-cu tur
19 yanvar
16:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Asim Xudiyev.
Tovuz şəhər stadionu
18:30. "Neftçi" - "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
"Neftçi Arena".
Qeyd edək ki, 19-cu turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah" millinin üzvünü əvəzedici komandaya göndərib?
- Misli Premyer Liqasının XXII turunu izləyən azarkeşlərin ümumi sayı bəlli olub
- Azərbaycan millisinin ukraynaəsilli yarımmüdafiəçisi "Sabah"ın əvəzedici komandasına göndərilib
- Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"
- Misli Premyer Liqasında qış transfer pəncərəsi bağlandı