Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

HƏMAS 3 israilli qadın girovu azad etdi
HƏMAS 3 israilli qadın girovu - Romi Qonen (24), Emili Demari (28), Doron Ştainbreheri (31) azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yerusalem Post" məlumat yayıb.
Girovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.
Qəzzada atəşkəs Bakı vaxtı ilə saat 12:15-də qüvvəyə minib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fələstinin HƏMAS hərəkatı yanvarın 19-u bazar günü azad etməyi planlaşdırdığı üç israilli girovun adlarının siyahısını dərc edib. Əsir mübadiləsi sazişinin bir hissəsi olaraq, Romi Qonen (24), Emili Demari (28), Doron Ştainbreher (31) azad ediləcək.
Fələstinin radikal "HƏMAS" hərəkatı yanvarın 19-da atəşkəs çərçivəsində azad ediləcək girovların siyahısını vasitəçilərlə İsrailə ötürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kan" telekanalı məlumat yayıb.
Bu arada, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS ilə razılaşmaya etiraz olaraq istefa verib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında atəşkəs bu gün qüvvəyə minib.
Fələstinin radikal HƏMAS hərəkatı İsrailə azad ediləcək girovların siyahısını təqdim etməyənə qədər Qəzza zolağında atəşkəs başlamayacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə N12 telekanalı İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, atəşkəs Bakı vaxtı ilə saat 10:30-a planlaşdırılıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs üçün yeni plan təklif edib
- Husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları bərpa edirlər
- ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını ləğv edəcək
- İsrail Qəzzaya elektrik verilişini dayandırır
- İsrail ordusuna Qəzzada hərbi əməliyyatlara hazırlaşmaq əmri verilib