Futbol üzrə Misli Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" Tovuz şəhər stadionunda "Zirə" ilə üz-üzə gəlib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Bu nəticədən sonra xallarını 64-ə çatdıran "Zirə" ikinci, "Kəpəz" isə 28 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ötən gün keçirilmiş "Turan Tovuz" - "Şamaxı" matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha bir oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Kəpəz" Tovuzda "Zirə"ni qəbul edəcək.
Gəncəlilər turnir cədvəlində 28 xalla doqquzuncu, "qartallar" isə 61 xalla ikinci pillədə qərarlaşıblar.
Turun növbəti üç oyunu aprelin 27-si və 28-də keçiriləcək.
26 aprel
19:00. "Kəpəz" - "Zirə"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu