Azərbaycan Premyer Liqasında XIV tur davam edir.
Bu gün daha bir oyun keçirilib.
“Neftçi” doğma arenasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri Matias növbəti qolunu vurub. Lakin “ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal qazandırıb – 1:1.
Bu nəticədən sonra 5-ci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 21-ə, ondan bir addım geridə olan “Neftçi” isə 19-a çatdırıb.
Qeyd edək ki, əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı (2:1), “Qəbələ” “Turan Tovuz”u (4:0) məğlub edib, “Səbail”lə “Kəpəz” qolsuz bərabərə qalıblar. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq.
10:11
Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
Meydançaya ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.
Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt” aradakı xal fərqini 3-ə endirəcək.
Premyer Liqa
XIV tur
26 noyabr (bazar)
15:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi Arena”
18:00. “Sumqayıt”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 14 | 9 | 2 | 3 | 33-13 | 29 |
| 2 | Zirə | 13 | 8 | 3 | 2 | 13-7 | 27 |
| 3 | Səbail | 14 | 6 | 4 | 4 | 22-21 | 22 |
| 4 | Sumqayıt | 13 | 6 | 3 | 4 | 14-14 | 21 |
| 5 | Araz-Naxçıvan | 13 | 6 | 2 | 5 | 15-14 | 20 |
| 6 | Neftçi | 13 | 5 | 3 | 5 | 14-12 | 18 |
| 7 | Sabah | 14 | 4 | 4 | 6 | 19-19 | 16 |
| 8 | Turan Tovuz | 14 | 4 | 3 | 7 | 21-22 | 15 |
| 9 | Qəbələ | 14 | 3 | 2 | 9 | 11-23 | 11 |
| 10 | Kəpəz | 14 | 2 | 4 | 8 | 7-24 | 10 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 10 qol, Aleksandr Ramalinqom (“Səbail”) - 6 qol, Pedro Nuno (“Səbail”) - 5 qol.