Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında “Qəbələ” “Turan Tovuz”u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42, 49 və 85-ci dəqiqələrdə Bilel Auaşeriya fərqlənib. 53-cü dəqiqədə Samuel Tetteh adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “Qəbələ” 9-cu pilləyə yüksəlib. Tovuz təmsilçisi 15 xalla 8-ci yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə “Səbail” evdə “Kəpəz”lə qolsuz heç-heçə edib.
Ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” - “Araz-Naxçıvan” və “Sumqayıt” - “Zirə” matçları ilə yekun vurulacaq.
16:02
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra “dənizçilər” 21 xalla 3-cü, qonaqlar 10 xalla 9-cu pillədə qərarlaşıblar.
Günün ikinci görüşündə “Qəbələ” “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Bu oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” - “Araz-Naxçıvan” və “Sumqayıt” - “Zirə” matçları ilə yekun vurulacaq.
09:21
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, ilk olaraq “Səbail” “Kəpəz”i qəbul edəcək.
“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. “Dənizçilər” 21 xalla dördüncü, “Kəpəz” doqquz xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri səkkiz xalla sonuncu - 10-cu, qonaqlar 15 xalla səkkizinci sırada yer alıblar.
Azərbaycan Premyer Liqası
XIV tur
25 noyabr (şənbə)
14:00. “Səbail” - “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”
16:00. “Qəbələ” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” - “Araz-Naxçıvan” və “Sumqayıt” - “Zirə” görüşləri ilə yekun vurulacaq.