Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci dəqiqələrdə, Ronaldo Vaskes 69-cu dəqiqədə fərqləniblər. Naxçıvan klubunun qollarını 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurublar.
Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Sumqayıt" dördüncü pilləyə yüksəlib. "Araz-Naxçıvan" 16 xalla beşinci sıradadır.
Günün ilk matçında "Turan Tovuz" evdə "Şamaxı"nı üstələyib - 2:1.
Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.
"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurublar. Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.
Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.
Misli Premyer Liqasında bu gün X turun daha iki oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, X tur
2 noyabr
16:00. "Turan Tovuz" - "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu.
18:30. "Sumqayıt" - "Araz-Naxçıvan"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.