Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə üstün olublar. Yeganə qolu Filip Damyanoviç 90+6-cı dəqiqədə vurub.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Turan Tovuz" turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Zirə" isə 10 xalla beşinci sırada qərarlaşıb.
Günün ikinci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki, VI tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni 3:0, "Qarabağ" isə "Şəfa"nı 1:0 hesabı ilə məğlub edib.