Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Premyer Liqa: "Sabah" "Turan Tovuz"u üstələdi
Misli Premyer Liqasının XXII turunda "Turan Tovuz" səfərdə "Sabah"a məğlub olub.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. "Turan Tovuz"un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.
Hazırda turnir cədvəlində beşinci pillədə yer alan "Sabah" bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik "Turan Tovuz" isə dördüncüdür.
Qeyd edək ki, XXII turun bu gün keçirilən "Şamaxı" - "Sumqayıt" matçında meydan sahibləri qələbə qazanıb - 1:0.
Azərbaycan Premyer Liqasının XXII turunda "Şamaxı" evdə "Sumqayıt"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 22 xalla altıncıdır.
Qeyd edək ki, günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
Azərbaycan Premyer Liqasının XXII turuna bu gün iki oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Sumqayıt"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. "Sumqayıt" hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik "Şamaxı" isə doqquzuncudur.
Günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik "Turan Tovuz" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sabah" isə 28 xalla altıncıdır.
Premyer Liqa
III dövrə, XXII tur
9 fevral
14:30. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu.
17:00. "Sabah" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Bank Respublika Arena".
Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
Rəylər